Qubada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib

admin
Qubada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib

Bu gün Qubada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib.

"Operativ Media" xəbər verir ki,  aksiya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Mərkəzi Xəstəxanasının və C.Abdullayev adına Elmi - Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Quba Rayon Mərkəzi Xəstəxanasında ixtisaslı həkimlər tərəfindən Quba, Qusar və Xaçmaz rayonlarından olan şəhid ailələrinin üzvləri, eləcə də qazilər kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji, elektrokardioqrama və exokardioqrama müayinəsindən keçiriliblər. Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiyalar aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.

Digər xəbərlər