Ana səhifə / Cəmiyyət / Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb 15.10.2022, 15:32 Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb. "Operativ Media"nxəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib. Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub. Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
02.03.2026, 11:55 Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft emalı zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb