Menyu

“Telegram” Rusiyada danışıq məhdudiyyətlərinə münasibət bildirib

Əsəd Abbaslı
“Telegram” Rusiyada danışıq məhdudiyyətlərinə münasibət bildirib

"Telegram" öz platformasında fırıldaqçılıq, təxribat və zorakılıq çağırışları da daxil olmaqla zərərli fəaliyyətlə fəal mübarizə aparır.

Operativ Media xəbər verir ki, bu barədə messencerin mətbuat xidmətindən TASS-a Rusiya Federasiyası ərazisində xidmət vasitəsilə zənglərin bloklanması ilə bağlı suala cavabda bildirilib.

"Telegram"dan o da qeyd edilib ki, zərərli mesajların silinməsi üçün ictimai bölmələrə nəzarət edilir. Bunun üçün xüsusi süni intellekt alətlərindən istifadə edilir.

""Telegram" zənglər üçün ətraflı məxfilik parametrlərini tətbiq edib. Beləliklə, istifadəçilər kimdən zəng qəbul edəcəklərini müəyyənləşdirə və həmçinin zəngi təxirə sala bilərlər".

Qeyd edək ki, Rusiya "WhatsApp" və "Telegram" sosial şəbəkə platformalarında zənglərin qismən məhdudlaşdırılması üçün tədbirlər görür.

Xatırladaq ki, ötən ay Rusiya prezidenti Vladimir Putin dövlət nəzarətində olan yeni bir mesajlaşma platformasının yaradılması ilə bağlı qanun imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər