Azərbaycan hərbçiləri Pakistanda paradda yürüş edib - VİDEO - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan hərbçiləri Pakistanda paradda yürüş edib - VİDEO - YENİLƏNİB

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.

Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

***
09:49

Azərbaycan hərbçiləri Pakistanın paytaxtı İslamabadda “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr olunmuş hərbi paradda iştirak ediblər.

Operativ Media xəbər verir ki, komandolarımız və hərbi orkestrimizin keçidi ayaq üstə və alqışlarla qarşılanıb.

Hərbi paradı izləyənlər arasında Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari və Baş naziri Məhəmməd Şahbaz Şərif də olub.

Digər xəbərlər