Belarus Prezident Aleksandr Lukaşenko və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu haqda ABŞ prezidenti "Truth" sosial şəbəkə hesabında yazib.
"Belarusun yüksək hörmətə layiq Prezidenti Aleksandr Lukaşenko ilə çox səmərəli bir söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Hazırda əlavə 1 300 məhbusun azad olunması məsələsini də müzakirə edirik. Söhbətimiz çox yaxşı keçdi. Bir çox mövzulara toxunduq, o cümlədən Prezident Putinin Alyaskaya səfərini müzakirə etdik. Gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm", - deyə Tramp qeyd edib.
***
17:53
Belarus Prezident Aleksandr Lukaşenko və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə "Pul Perveqo" məlumat yayıb.
Məlumata görə, telefon danışığı 10 dəqiqə çəkib.
Telefon danışığının detalları hələlik açıqlanmayıb.