Ana səhifə / Dünya / Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artıb Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artıb 17.08.2025, 13:09 Əziz Əzizli Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb. Operativ Media "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib. Geo News kanalının xəbərinə görə, fəlakətin mənfi təsirləri bölgədə hələ də davam edir. Xayber Paxtunxva əyalətində bir çox ərazi “fəlakət zonası” elan edilib. Rəsmilər bildiriblər ki, insan itkisinin artmasından narahatdırlar. Teqlər: "Pakistanda da\u015fq\u0131nlar n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 art\u0131b"