Menyu

Əfqanıstanda miqrantları daşıyan avtobus qəzaya uğrayıb, 71 nəfər ölüb

Əziz Əzizli
Əfqanıstanda miqrantları daşıyan avtobus qəzaya uğrayıb, 71 nəfər ölüb

Əfqanıstanda İrandan deportasiya edilən miqrantları daşıyan avtobus qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, qəzadan sonra avtobus yanıb, 71 nəfər həlak olub.

Əfqanıstanın İranla sərhəddə yerləşən Herat vilayətinin Mədəniyyət və İnformasiya İdarəsinin müdiri Əhmədullah Muttaki “X” sosial media platformasında qəza ilə bağlı açıqlama verib.

Muttakinin sözlərinə görə, İrandan deportasiya edilən miqrantları daşıyan avtobus motosiklet və yük maşını ilə toqquşub.

Bununla yanaşı, "TOLOnews"a açıqlama verən və adının açıqlanmasını istəməyən rəsmi şəxslər bildiriblər ki, toqquşma nəticəsində avtobus alovlanıb və onlarla insan həyatını itirib.

Qəza zamanı ölənlərin dəqiq sayı ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər