İran və Belarus Minsk və Tehran arasında birbaşa aviareyslərin açılması barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi-Əmiri İran prezidentinin Belarusa rəsmi səfəri çərçivəsində bildirib.
"İki ölkə arasında turizm sektorunda əlaqələrə gəlincə, biz birbaşa uçuşların yaradılması, eləcə də turist vizalarının ləğvi kimi maneələrlə qarşılaşmışıq. Bu məsələlər Belarus və İran prezidentlərinin birgə görüşündə həll olunub", - o, bildirib.