Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Nərmin Qocamanlı
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

21-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirekəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.

Digər xəbərlər