Misir ərzaq təhlükəsizliyi üçün Rusiyadan 240 min ton buğda alıb

Nərmin Qocamanlı
Misir ərzaq təhlükəsizliyi üçün Rusiyadan 240 min ton buğda alıb

Misir səlahiyyətliləri ərzaq təhlükəsizliyini təmin etmək üçün Rusiyadan 240 min ton buğda alıb.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Misirin Satınalma Malları Baş Assambleyasının yazılı açıqlamasında, 1-15 aprel tarixlərində 240 min ton buğdanın daşınmasının gözlənildiyi bildirilib.

İdarə Heyəti bəyan edib ki, idxalın Dünya Bankının maliyyəsi ilə reallaşdırılması üçün hər ton üçün 317,5 dollar razılaşdırılıb.

Qeyd olunub ki, rüsum buğda Misir limanlarına gəlib yoxlanıldıqdan sonra ödəniləcək.

Digər xəbərlər