http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Neftçalada narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

24 Fevral 2023 , 09:36
Neftçalada narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Neftçalada yol polisinin keçirdiyi nəzarət-profilaktiki tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir qrup gəncin dövlət qeydiyyat nişanı olmadan, eləcə də qanunla qadağan edilməsinə baxmayaraq, avtomobili konstruksiya dəyişikliyi etməklə idarə etdiyi və digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb, onlarla yol verdikləri qayda pozuntusu ilə bağlı izahedici söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Bundan əlavə, təssüf doğuran hallardan biri də onların  arasında bir neçə sürücü bundan əvvəl də anoloji inzibati xətaya görə məsuliyyətə cəlb olub.
Həmçinin keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü də aşkarlanıb. Belə ki, DYPB-nin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün “Saxla” işarəsi veriliblər.
Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Nicat Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 08:35

    Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Menyu