DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Fevralın 24-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Digər xəbərlər