27 Fevral 2023, 17:55
AZƏRTAC Aygün Əliyeva ilə bağlı məlumat yayıb
AZƏRTAC Aygün Əliyeva ilə bağlı məlumat yayıb şəkil
AZƏRTAC Aygün Əliyeva ilə bağlı məlumat yayıb

AZƏRTAC sabiq müxbiri Aygün Əliyeva ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirib.

"Operativ Media" xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilib ki, AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib və indiyədək bu proses davam edir.

"2022-ci ilin noyabrında AZƏRTAC-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və AZƏRTAC-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, Aygün Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Aygün Əliyevanın və vəkili Bəhruz Bayramovun guya ona iş təklif edilmədiyi barədə açıqlamaları həqiqəti əks etdirmir və bu cür iddialar təəssüf doğurur. AZƏRTAC-ın rəhbərliyi bu işin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdır”, - qeyd olunub.

O da bildirilib ki, hazırda AZƏRTAC-da kadr islahatları aparılır. Eyni zamanda, agentliyin xarici ölkələrdəki müxbirlərinin fəaliyyətinə yenidən baxılır: “Onların bir çoxunun vaxtilə necə təyin olunması suallar doğurur və bu istiqamətdə agentlikdə araşdırmalar davam etdirilir”.

 

Son xəbərlər
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55