Bu gün saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.