Menyu

HƏMAS silahı yerə qoymayacağını bəyan edib

Əsəd Abbaslı
HƏMAS silahı yerə qoymayacağını bəyan edib

HƏMAS Siyasi Bürosunun üzvü Mahmud Mərdavi Trampın münaqişənin həlli planının bir hissəsi olaraq silahı yerə qoymağa razılıq verdiyi barədə xəbərləri təkzib edib.

Operativ Media xəbər verir ki, hərəkat mediada yayılan bəyanatların heç bir əsası olmadığını bəyan edib.

Oktyabrın 5-də "Al Hadath" telekanalı hərəkatdakı mənbəyə istinadən xəbər verib ki, HƏMAS Qəzza zolağında saxlanılan israilli girovları azad etməyə və silahlarını təhvil verməyə hazırdır.

Oktyabrın 3-də HƏMAS Trampın planına uyğun olaraq bütün girovları azad etməyə hazır olduğunu bildirib. Hərəkat həmçinin Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.

Teqlər:

"H\u018fMAS silah\u0131 yer\u0259 qoymayaca\u011f\u0131n\u0131 b\u0259yan edib"

Əlaqəli Xəbərlər