1000-ə yaxın turist Everestdə çovğunda qalıb

Şəfa Hüseynli
1000-ə yaxın turist Everestdə çovğunda qalıb

1000-ə yaxın turist Tibetdə Everest dağının şərq yamacında güclü qar yağmasından sonra düşərgələrdə qapalı qalıb.

Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Qəzanın baş verdiyi ərazi dəniz səviyyəsindən 4900 metr yüksəklikdə yerləşir. Yerli sakinlərin və xilasedicilərin köməkliyi ilə qarla örtülmüş yollar təmizlənib.

Qeyd edək ki, Everest 8849 metr hündürlüyündə dünyanın ən hündür zirvəsidir. Hər il minlərlə insan ora qalxmağa cəhd etsə də, bu çox təhlükəli bir səyahətdir. Son illərdə ərazi həddindən artıq sıxlıq, ekoloji problemlər və bir sıra ölümcül ekspedisiyalar və alpinizm hadisələri ilə üzləşmişdir.


Şəfa Hüseynli

Digər xəbərlər