Gürcüstanın Baş Prokurorluğu oktyabrın 4-də Tbilisidə keçirilən mitinqin beş təşkilatçısını hökumətin devrilməsinə çağırışlarda və konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə cəhddə ittiham edib.
Operativ Media xəbər verir ki, bu barədə ofisin açıqlamasında bildirilir.
“Gürcüstan Prokurorluğu Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Manjqaladze və Laşa Beridzeni qrup zorakılığı təşkil etməkdə və ona rəhbərlik etməkdə, strateji və xüsusi obyekti ələ keçirməyə cəhd etməkdə, konstitusiya quruluşunu zorakılıqla dəyişdirməkdə və dövlət hakimiyyətinin devrilməsinə çağırmaqda ittiham edib”.- idarənin məlumatında deyilir.
İdarənin qeyd etdiyi kimi, müxalifətçilərə qarşı qaldırılan cinayət işlərində 9 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Şəfa Hüseynli