Bu il Tacikistanın sədrliyi dövründə bir sıra sənədlərin qəbulu sayəsində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri sənaye əməkdaşlığını gücləndirə, malların gömrük rəsmiləşdirilməsini sürətləndirə, onların daşınmasında şəffaflığı artıra biləcəklər.
Operativ Media xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev “Xovar” agentliyinə müsahibəsində bildirib.
MDB baş katibi həmçinin qeyd edib ki, Tacikistanın sədrliyi 2030-cu ilə qədər MDB-nin iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin həyata keçirilməsi üzrə tədbirlər planının hazırlanmasının yekun mərhələsini təşkil edib.
Bu sənəd investisiya və elmi əməkdaşlığın dəstəklənməsi, innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, MDB ölkələrində əlverişli biznes mühitinin təmin edilməsi və s. tədbirləri nəzərdə tutur.
Şəfa Hüseynli
XƏBƏR LENTİ
MDB ölkələri sənaye əlaqələrini gücləndirməyi planlaşdırır

Digər xəbərlər
Növbəti xəbər yüklənir...
Seçilmiş xəbərlər