Menyu

Kobaxidze: Dövlət çevrilişinə cəhd 500 agent tərəfindən həyata keçirilib

Əsəd Abbaslı
Kobaxidze: Dövlət çevrilişinə cəhd 500 agent tərəfindən həyata keçirilib

Gürcüstanda dövlət çevrilişinə cəhd ekstremist qrupların 500 agenti tərəfindən həyata keçirilib.

Operativ Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Rustavi 2" televiziyasına müsahibəsində bildirib.

Gürcüstanın Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, əvvəllər inqilabın əsas aləti siyasi partiyalar idisə, imdi media və qeyri-hökumət təşkilatları bu "rolu" öz üzərlərinə götürüblər.

"Ekstremist qruplar, agentlər... Təxminən 500 nəfər... Onlar xarici xüsusi xidmət orqanlarıdır və bu prosesdə birbaşa iştirak edirlər", - Kobaxidze bildirib.

Bundan əvvəl Kobaxidze bəyan etmişdi ki, Gürcüstan son dörd ildə beşinci inqilab cəhdini yaşayıb.

O, çevriliş planlarının qarşısının alındığını, lakin hakimiyyətin “altıncı, yeddinci və ya səkkizinci inqilab cəhdini gözləmək” niyyətində olmadığını və tədbir görəcəyini vurğulayıb.

Teqlər:

"Kobaxidze: D\u00f6vl\u0259t \u00e7evrili\u015fin\u0259 c\u0259hd 500 agent t\u0259r\u0259find\u0259n h\u0259yata ke\u00e7irilib"

Əlaqəli Xəbərlər