Ficidə güclü zəlzələ baş verib
Əziz Əzizli
Fici Respublikasına məxsus Kandavu adasının cənub-qərb sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri əhalisi 10 mindən çox olan adadan 35 km cənubda yerləşib. Yeraltı təkanların ocağı təxminən 550 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net