Çin hökumətinin başçısı KXDR-ə səfər edəcək

Əziz Əzizli
Çin hökumətinin başçısı KXDR-ə səfər edəcək

Çin Dövlət Şurasının Baş naziri Li Qianq oktyabrın 9-dan 11-dək Şimali Koreyaya rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Bildirilib ki, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin və KXDR hökumətinin dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Qianq Çin Xalq Respublikasının partiya və hökumət nümayəndə heyətinə rəhbərlik edərək Koreya Xalq Demokratik Respublikasına rəsmi dostluq səfəri edəcək.

Qeyd edək ki, sentyabrın 27-dən 30-dək Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi Çində işgüzar səfərdə olub.

Digər xəbərlər