Suriyada parlament seçkilərinin nəticələri açıqlanıb

Şəfa Hüseynli
Suriyada parlament seçkilərinin nəticələri açıqlanıb

Suriyada ötən ilin sonunda Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Xalq Məclisinin ümumilikdə 210 üzvü dolayı seçkilər yolu ilə seçilir - seçki kollegiyaları üçdə ikisini (140 nəfər), qalan parlamentariləri isə müvəqqəti prezident Əhməd əl-Şaraa təyin edir.

 Həftəsonu keçirilən səsvermə zamanı parlamentin 119 üzvü seçilərək Xalq Məclisində 21 yer boş qalıb. Suriya lideri bu həftə daha 70 üzv təyin etməyi planlaşdırır. 

Yeni parlamentin tərkibinə 6 qadın daxil olub. Yerli seçki komissiyası əvvəllər bildirmişdi ki, 1500-dən çox namizədin 14%-ni qadınlar təşkil edir.

Şəfa Hüseynli

Digər xəbərlər