Menyu

Roma Papası XIV Leo ilk xaricə səfərini Türkiyə və Livana edəcək

Şəfa Hüseynli
Roma Papası XIV Leo ilk xaricə səfərini Türkiyə və Livana edəcək
1 dəq oxu

Roma Papası XIV Leo ilk xarici səfərini Türkiyə və Livana edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti bunun noyabrın sonu və dekabrın əvvəlində baş tutacağını açıqlayıb.

“Ölkə rəhbərliyinin və kilsə rəhbərliyinin dəvətini qəbul edən Papa XIV Leo noyabrın 27-dən 30-dək Türkiyəyə səfər edəcək, Birinci Nikeya Şurasının 1700 illiyi münasibətilə İznikə həcc ziyarəti edəcək.

Daha sonra Livanın siyasi rəhbərliyinin və kilsə rəhbərliyinin dəvəti ilə  noyabrın 30-dan dekabrın 2-dək həmin ölkəyə səfər edəcək”, - deyə mətbuat xidmətinin rəhbəri Matteo Bruni bildirib.


Şəfa Hüseynli

Əlaqəli Xəbərlər