Ərdoğan: Türkiyənin prioriteti Qəzzada hərtərəfli atəşkəsdir

Şəfa Hüseynli
Ərdoğan: Türkiyənin prioriteti Qəzzada hərtərəfli atəşkəsdir

Türkiyə Qəzza zolağında dərhal və hərtərəfli atəşkəs əldə etməyə çalışır.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında jurnalistlərə deyib.

"Bizim prioritetimiz ən qısa zamanda dərhal və hərtərəfli atəşkəsə nail olmaqdır. İlk olaraq buna nail olmalıyıq. Qəzzaya humanitar yardımın ən qısa zamanda fasiləsiz çatdırılmasını təmin etməliyik. İsrailin hücumları nəticəsində dağılan Qəzzanın infrastrukturunun bərpası da prioritetlərimizdən biridir", - Ərdoğan bildirib.

Digər xəbərlər