Bu gün Düşənbədə ikinci Mərkəzi Asiya-Rusiya Sammiti keçiriləcək.
Operatv Media Tacikistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı dövlət başçıları çoxtərəfli əməkdaşlığın geniş spektrini müzakirə edəcəklər.
Həmçinin terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli təhdidlərə qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsi müzakirə olunacaq.
Sammitin yekunu olaraq birgə bəyanat və fəaliyyət planı qəbul ediləcək.