Menyu

Düşənbə sammitində Putin və Paşinyan mübahisə edib - VİDEO

Nərmin Qocamanlı
Düşənbə sammitində Putin və Paşinyan mübahisə edib - VİDEO
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistan Baş Naziri Nikol Paşinyan Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında qarşılıqlı ticarət həcmi barədə fərqli fikirlər səsləndiriblər.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, iclas zamanı Putin Ermənistanla ticarət dövriyyəsinin həcmini soruşub.

Paşinyan cavabında bu il artıq 4 milyard dollar olduğunu bildirib. Putin isə daha çox olduğunu vurğulayıb.

Paşinyan keçən ilin göstəricilərini qeyd edərək təxminən 9 milyard dollar olduğunu deyib. Lakin Putin yenə də fərqli fikrini ifadə edərək, keçən il daha çox olduğunu və bu il də daha çox olacağını bildirib.

Əlaqəli Xəbərlər