ABŞ hərbçiləri Qəzza zolağına gəlib

Əsəd Abbaslı
ABŞ hərbçiləri Qəzza zolağına gəlib

ABŞ qoşunları sülh sazişinə əməl olunmasına nəzarət etmək üçün Qəzza zolağına gəlməyə başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə CNN Pentaqon mənbələrinə istinadən məlumat yayıb.

Qoşunların bir hissəsi yerləşdikləri Yaxın Şərq ölkələrindən, digərləri isə ABŞ-nin digər bölgələrdəki komandanlığından gəliblər.

200 nəfərlik Amerika kontingenti tam olaraq oktyabrın 12-dək Qəzza zolağına çatacaq. Zolaqda ABŞ monitorinq mərkəzinin yaradılmasının bir neçə gün və ya həftələr çəkəcəyi gözlənilir.

ABŞ hərbçilərinin missiyası “xaosdan qaçmaq və humanitar strukturların əlaqələndirilmiş işini təmin etmək”də ibarətdir.

Oktyabrın 3-də HƏMAS rəhbərliyi ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planına uyğun olaraq əsir götürülmüş israilliləri azad etməyə hazır olduğunu bəyan edib. Bundan əlavə, hərəkat anklavın idarəçiliyini Fələstin texnokratlarından ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.

Qəzza sülh prosesinin birinci mərhələsi oktyabrın 12-də başa çatacaq. Bu birinci mərhələdə İsrail ordusu razılaşdırılmış mövqelərdən geri çəkiləcək, HƏMAS isə bəzi fələstinli məhbusların azad edilməsi müqabilində bütün girovları azad edəcək.

Digər xəbərlər