Makron Lekornuyu yenidən Fransanın Baş naziri təyin edib
Şəfa Hüseynli
Fransa Prezidenti Emmanuel Makron Sebastyan Lekornyunu yenidən Fransanın Baş naziri təyin edib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Respublika Prezidentinin mənə həvalə etdiyi missiyanı vəzifə kimi qəbul edirəm: Fransanın ilin sonuna büdcəsini təmin etmək və soydaşlarımızın gündəlik ehtiyaclarını ödəmək üçün mümkün olan hər şeyi etmək. Biz fransızları qıcıqlandıran bu siyasi böhrana və Fransanın imicinə və maraqlarına xələl gətirən bu qeyri-sabitliyə son qoymalıyıq",- deyə Lekornu qeyd edib.
Qeyd edək ki, Sebastyan Lekornu cəmi 27 gün vəzifədə qaldıqdan sonra istehfa vermişdi. Bu, Fransa tarixində ən qısa Baş nazir vəzifəsidir.
Teqlər:
"Makron Lekornuyu yenid\u0259n Fransan\u0131n Ba\u015f naziri t\u0259yin edib"