Menyu

Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir

Şəfa Hüseynli
Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir
1 dəq oxu

Türkiyə Fövqəladə Halların Qarşısının Alınması və Aradan Qaldırılması İdarəsinin Koordinasiyası (AFAD), dövlət qurumları, təşkilatlar, həmçinin QHT-lərin dəstəyi ilə Qəzza zolağındakı sakinlərə humanitar yardım çatdırmaqda davam edir.

Operativ Media  xəbər verir ki, bu barədə "Anadolu  Agentliyi" məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin oktyabrından bəri Türkiyə Qəzzaya ümumilikdə 101 725 ton humanitar yardım göndərib. Yardımların daşınması üçün 16 dəniz və 14 hava gəmisi istifadə olunub. 2025-ci il iyulun 27-dən bu günədək bölgəyə 333 yardım yük maşını çatdırılıb.

Əlaqəli Xəbərlər