DÇ-2026: Azərbaycan millisi bu gün seçmə mərhələdə Ukrayna ilə üz-üzə gələcək
Şəfa Hüseynli
Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda səfərdə Ukrayna ilə qarşılaşacaq.
Polşanın "Krakoviya" stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Ötən tur səfərdə Fransaya 3 cavabsız qolla uduzan millimiz Ukraynadan xal və ya xallar almağa çalışacaq. Azərbaycan yığması qrupda ilk xalını da məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.
Bu qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net