Aİ Ukraynaya 100 milyon avro ayıracaq
Əsəd Abbaslı
Avropa Birliyi Ukraynaya dəstək üçün əlavə 100 milyon avro ayıracaq.
Operativ Media xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib.
O, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında Kiyevə əlavə dəstək planlarını açıqlayıb. O həmçinin anti-Rusiya sanksiyalarının effektivliyindən danışıb.
"Tətbiq olunan sanksiyalar Rusiyanı müharibə aparmaq üçün lazım olan yüz milyardlarla avrodan məhrum edib. Rusiyanın iqtisadiyyatı zəifləyib, inflyasiya isə 20%-i keçib", - o deyib.
Kallas əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttində əks-hücumları artıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net