02 Mart 2023, 11:12
Sabunçuda narkotik dövriyyəsinə görə 81 nəfər saxlanılıb
Sabunçuda narkotik dövriyyəsinə görə 81 nəfər saxlanılıb şəkil
Sabunçuda narkotik dövriyyəsinə görə 81 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən fevral ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumta görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 21 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib.  

Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Son xəbərlər
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi
KİV: Kaya Kallas Azərbaycana səfər edəcək
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"