04 Mart 2023, 20:30
Marketdə öldürülən şəxs RİNN-in tabeliyindəki Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub
Marketdə öldürülən şəxs RİNN-in tabeliyindəki Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub şəkil
Marketdə öldürülən şəxs RİNN-in tabeliyindəki Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub

Bu gün Xətai rayonu ərazisində yerləşən "Bravo" supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir: "Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək".

Son xəbərlər
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Ötən il əmək müqavilələrinin sayı artıb
FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib
XİN: İranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirakı qəbuledilməzdir