Menyu

Göyçayda azyaşlı atasını güllələyib

Nərmin Qocamanlı
Göyçayda azyaşlı atasını güllələyib

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyə əməliyyatı olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər