Menyu

Amerikalı aktyor Ceyms Rensone 46 yaşında vəfat edib

Əziz Əzizli
Amerikalı aktyor Ceyms Rensone 46 yaşında vəfat edib
1 dəq oxu

Kriminal dram və qorxu filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Ceyms Rensone 46 yaşında intihar edib.

Operativ Media xəbər verir ki, bu haqda "New York Post" qəzetinin Los-Anceles dairəsinin tibbi ekspertinə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, "Onun 46 yaşı var idi... Ranson cümə günü Los-Ancelesdə intihar edib".

Qəzet qeyd edir ki, aktyor 2021-ci ildə uşaqlıqda müəllimi tərəfindən cinsi istismara məruz qaldığını və bunun onun ruhi sağlamlığına mənfi təsir göstərdiyini etiraf edib. Daha sonra o, 5 il narkotik asılılığından əziyyət çəkib, lakin bundan imtina edə bilib.

Əlaqəli Xəbərlər