Rusiyada məktəbdə terror aktının qarşısı alınıb
Operativ Media
Rusiyada Adıgeydə yerləşən məktəbdə şagirdlərə qarşı terror aktının qarşısını alıb. Hücum planlaşdırmaqda şübhəli bilinən beynəlxalq terror təşkilatının tərəfdarı saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarı olan Orta Asiya ölkəsinin vətəndaşı saxlanılıb.
Saxlanılan şəxsin məktəbin yaxınlığında park edilmiş avtomobilindən on şüşə evdə hazırlanmış Molotov kokteyli, iki tiyəli silah (iki taktiki bıçaq) və terror təşkilatının bayrağı müsadirə edilib