Menyu

Deputat: Təhsil dövlət siyasətinin əsas sütunlarından biridir

Operativ Media
Deputat: Təhsil dövlət siyasətinin əsas sütunlarından biridir

"Prezidentin yerli mediaya verdiyi müsahibədə Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlar və əldə etdiyi mühüm nailiyyətlər geniş şəkildə şərh edilib. Bu kontekstdə xüsusi diqqət təhsil sahəsinə və dövlətin bu sahəyə verdiyi strateji əhəmiyyətə yönəldilib".

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. 

O bildirib ki, müsahibə zamanı təhsil sistemində aparılan struktur islahatlarına toxunulmuş, elm və təhsil sahələrinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə onların vahid idarəçilik çərçivəsində Elm və Təhsil Nazirliyinin səlahiyyətlərinə verildiyi qeyd edilib:

“Bununla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin aktivləşdirilməsi və elmi potensialın institusional əsasda gücləndirilməsi mühüm islahat istiqaməti kimi vurğulanıb.

Son illərdə ölkədə ali təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, bir sıra yeni universitetlər yaradılıb və bu ali təhsil müəssisələri rəsmi olaraq fəaliyyətə başlayıb. Həmin universitetlərin bir qisminin dövlət tərəfindən təsis edilməsi onların milli təhsil sisteminə inteqrasiyasını və davamlı inkişafını təmin edilib.

Eyni zamanda ümumi təhsil sahəsində genişmiqyaslı yenidənqurma və modernizasiya tədbirləri həyata keçirilib, çoxsaylı məktəb binaları yenidən inşa olunmuş və ya əsaslı şəkildə təmir edilib. Bu tədbirlər tədris mühitinin yaxşılaşdırılması, təhsilin əlçatanlığının və keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müsahibədə qeyd olunan faktlar göstərir ki, Azərbaycan dövlətinin təhsil siyasəti sistemli və uzunmüddətli strateji hədəflərə əsaslanır. İnfrastrukturun yenilənməsi, yeni ali təhsil müəssisələrinin yaradılması, eləcə də təhsil işçilərinin sosial təminatının yaxşılaşdırılması bu sahəyə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.

Nəticə etibarilə, həyata keçirilən islahatlar təhsil sisteminin davamlı inkişafını təmin etməyə yönəlib və qarşıdakı dövrdə bu istiqamətdə tədbirlərin ardıcıl şəkildə davam etdiriləcəyi gözlənilir. Bu proses ölkənin insan kapitalının inkişafına və ümumi sosial-iqtisadi tərəqqisinə mühüm töhfə verəcəkdir”.

Əlaqəli Xəbərlər