Menyu

Cəbrayılın Horovlu kəndinə daha 20 ailə köçürülüb

Operativ Media
Cəbrayılın Horovlu kəndinə daha 20 ailə köçürülüb

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Operativ Media xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurda qayıdırlar.

Bu mərhələdə Horovlu kəndinə 20 ailə (77 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Əlaqəli Xəbərlər