Ötən il Bakıda 2500-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb
Operativ Media

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NİİM-dən Operativ Media-ya verilən məlumata görə, bu qəzaların təhlili göstərib ki, yüksək sürət, svetoforun qadağanedici işarəsində hərəkət etmə, ara məsafəsinin gözlənilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi əsas səbəblərdir.
Hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib.