Menyu

Moskva Prokurorluğu bloqer Hüseyn Həsənovun cinayət işi ilə bağlı məlumat yayıb

Şəfa Hüseynli
Moskva Prokurorluğu bloqer Hüseyn Həsənovun cinayət işi ilə bağlı məlumat yayıb

Azərbaycanlı bloqer Hüseyn Həsənova qarşı Rusiyada açılan cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa təqdim edilib.

Operativ Media xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hüseyn Həsənov Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi (şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) ilə qiyabi ittiham olunub. O, qiyabi olaraq həbs edilib və axtarışa verilib.

Onun fərdi sahibkar olaraq 170 milyon rubldan çox vergi ödəmədiyi bildirilir.

Hüseyn Həsənovun vəkili Dmitri Kozyaykin TASS-a bildirib ki, müdafiə tərəfi cinayət sübutlarının olmaması səbəbindən onun cinayət işinə xitam verilməsini tələb edir.

Əlaqəli Xəbərlər