Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətinə dəyişiklik edilib
Operativ Media

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, torpaq vergisi üzrə bəyannamələrin təqdim edilməsi müddəti müəyyənləşdirilib.
Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Vergi Məcəlləsinin 208.2-ci maddəsinə uyğun olaraq, müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və tətbiq olunan vergi dərəcələrinə əsasən, illik qaydada hesablayırlar.
Hesablanmış torpaq vergisi üzrə bəyannamə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq müvafiq vergi orqanına təqdim edilməlidir. Cari ildə 31 yanvar tarixi iş günü olmadığına görə, hesabatın təqdim olunması müddəti həmin tarixdən sonrakı birinci iş gününə qədər, yəni fevral ayının 2-dək artırılıb.