DGK əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
Operativ Media
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Operativ Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, DGK-nın aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib.
“gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi
Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
“gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi
Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi
Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net