Prezidentin təltif etdiyi gənclər kimlərdir?

Xəbər verdiyimiz kimi, 2026-cı il Gənclər üçün Prezident mükafatı verilib.
Operativ Media xəbər verir ki, sərəncama görə, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib:
Aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib:
Ağadadaşov Sərxan Əbülfət oğlu - “Sinam” şirkətində aparıcı mühəndis,2023-cü ildən etibarən Aviasiya Akademiyasının doktorantı:
Həsənova Elmina Qəhrəman qızı - mezzo-soprano səs tembirinə malik opera ifaçısı:
Həsənova Leyla Elçin qızı - Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Leyla Həsənova isə COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu”
Leysanova Hacıyeva Gülbağda Seyfəl qızı - “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri, 2019-ci ildə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunudur.
Məmmədova Lamiyə Famil qızı - Qarabağ Universitetinin əməkdaşı, 2020-ci ildə BDU-nun Filologiya fakültəsinin SABAH qrupları üzrə məzunu:
Novruzov Səməd Əbülqasım oğlu - Respublika və beynəlxalq müsabiqələr laureatı, DOST İnklüziv və Yaradıcılıq Mərkəzinin təlimçisi:
Tağızadə Mahir Tahir oğlu - Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti:
İsmayılov Mahmud Azər oğlu - “TEKNOFEST Azerbaijan 2022” festivalında Robototexnika Müsabiqəsinin qızıl medalçısı:
İsmayıllı Aynur Telman qızı və Ağayev Şahmar Zöhrab oğlu da təltif olunanlar sırasındadırlar.



