Goranboyda oğul anasını və həyat yoldaşını bıçaqlayıb
Operativ Media
Goranboyda 2 qadın bıçaqlanıb, onlardan biri ölüb.
Operativ Media xəbər verir ki, rayonun Faxralı kəndində 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaqlanıb.
10-dan çox bıçaq xəsarəti alan Z.Əhmədova həyatını itirib.
Digər zərərçəkən ağır halda xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə ölən qadının oğlu - 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğludur.
Onun psixoloji problemlərinin olduğu bildirilir.
Ağır xəsarət alan iki uşaq anası Jalə isə hadisəni törətməkdə şübhəli bilinən Eminin həyat yoldaşıdır.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net