Menyu

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs edib

Operativ Media
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs edib

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və hüquqi məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-istintaq tədbirlərini davam etdirir.

Operativ Media xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Əldə edilən məlumata əsasən, ötən müddət ərzində Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak edərək xeyli sayda Azərbaycan vətəndaşının öldürüldüyü, itkin düşdüyü və ya yaralandığı, bəzilərinin isə əsirlikdə saxlanıldığı müəyyən edilib.

İstintaqla Azərbaycan Respublikası vətəndaşlarının - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Əli Elnur oğlu və 1994-cü il təvəllüdlü Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı qüvvələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etdikləri müəyyən edildiyindən, həmin şəxslər müvafiq olaraq 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Bir daha vurğulanır ki, bu cür silahlı münaqişələrdə iştirak Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra xarici dövlətlərin ərazisində müvafiq cinayət əməlləri törətmiş şəxslərin məsuliyyət məsələsi qanuna uyğun olaraq həll ediləcək.

Əlaqəli Xəbərlər