Menyu

İslamabadda məsciddə baş verən partlayış nəticəsində 32 nəfər həlak olub - YENİLƏNİB 2

Şəfa Hüseynli
İslamabadda məsciddə baş verən partlayış nəticəsində 32 nəfər həlak olub - YENİLƏNİB 2

Pakistanın paytaxtında məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ən azı 169 nəfər yaralanıb.

Yaralılar İslamabad və Ravalpindidəki tibb müəssisələrinə aparılıb. 



***

14:42

Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində ən azı 15 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə "Geo News" məlumat yayıb.

Hadisə paytaxtın Şehzad şəhər ərazisindəki şiə müsəlmanlarına məxsus olduğu deyilən İmam Bərgah məscidində cümə namazı zamanı baş verib.


***
14:05

Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində ən azı 10 nəfər ölüb, 80 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə ''Sinxua" məlumat yayıb.

Paytaxtın bütün əsas xəstəxanalarında fövqəladə vəziyyət tətbiq edilib.





Əlaqəli Xəbərlər