Ötən gün Laçında minaya düşən şəxslərdən biri ölüb.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, Suarası kəndində təmir-tikinti işləri aparan zaman minaya düşən Elsevər Həmidov müalicə aldığı xəstəxanada ölüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ötən gün Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.