http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bosniya və Herseqovinanın təhlükəsizlik naziri FHN Akademiyasında olub

12 Aprel 2023 , 10:23
Bosniya və Herseqovinanın təhlükəsizlik naziri FHN Akademiyasında olub

Ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasına baş çəkib, təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-nin saytında bildirilib.

Məlumata görə, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev qonaqları səmimi salamlayaraq ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyanın beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyini diqqətə çatdıran rəis B.Salayev rəhbərlik etdiyi təhsil ocağının təkcə respublikamızın deyil, xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən nazir Nenad Neşiç Akademiyada gördüklərindən məmnunluq ifadə edib, tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlarını ifadə edib.

Sonra qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar.

Muzeylə tanış olduqdan sonra nazir Nenad Neşiç Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu