Doktoranturaya elektron sənəd qəbulu başlayır
Redaksiya
Bu gün saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya bildirilib ki, sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək.
Proses mayın 16-sı saat 23:59-da yekunlaşacaq.
“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net