Aleksander Çeferin FİFA prezidentliyinə namizəd olmayacaq
UEFA rəhbəri Aleksander Çeferin gələn il keçiriləcək seçkilərdə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti postu uğrunda mübarizə aparmaq niyyətində olmadığını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə 58 yaşlı sloveniyalı funksioner "Rest is Politics" podkastına müsahibəsində danışıb. O qeyd edib ki, FİFA rəhbərliyinə heç bir marağı yoxdur və hazırkı vəzifəsini, eləcə də qurumdakı fəaliyyətini çox sevir. Çeferin əlavə edib ki, bu posta iddia etməməsi onun nüfuzunu və qazanılan etimadı daha da gücləndirir.
Xatırladaq ki, FİFA prezidentinin seçkiləri 2027-ci ilin mart ayında Mərakeşdə baş tutacaq və quruma hazırda Canni İnfantino rəhbərlik edir. Aleksander Çeferin 2016-cı ilin sentyabr ayından UEFA prezidenti vəzifəsini icra edir, iki dəfə yenidən bu posta seçilib və eyni zamanda FİFA-nın vitse-prezidenti səlahiyyətlərini daşıyır.
dəqiqələr içində saytın olsun.